AMEA ilə əməkdaşlıq...
Memorondumun məqsədi qarşılıqlı maraq və mövcud qanunvericiliyə müvafiq olaraq faydalı və səmərəli əməkdaşlıq qurmaqdır.
Qafqaz Universitetində Universitetin rektoru Professor Ahmet Saniçlə AMEA-nın Fəlsəfə Sosialogiya və Hüquq İnstitunun direktoru Professor İlham Məmmədzadə arasında 5 illik Əməkdaşlığa dair Memorondum imzalanıb.
Xezerxeber.com-un verdiyi xəbərə görə, memorondumun məqsədi elm və təhsil sahəsində, habelə yüksək ixtisaslı kadr hazırlanması işində bərabərlik, qarşılıqlı maraq və mövcud qanunvericiliyə müvafiq olaraq faydalı və səmərəli əməkdaşlıq qurmaqdır.
Memorondumda nəzərdə tutulan əməkdaşlıq çəçivəsində Qafqaz Universiteti, AMEA Fəlsəfə, Sosiologiya və hüquq İnstitutu və Türkiyənin Məlikşah Universitetinin 29 noyabr 2013-cü il tarixində Bakı şəhərində birgə "Azərbaycan 2020: Gələcəyə baxış, inkişaf konsepsiyası kontekstində insan hüquqlarının səmərəli müdafəsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Memorondumun imzalanma mərasimində AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitunun direktor müavini professor Bəhram Zahidov, Qafqaz Universiteti prorektorları professor Cihan Bulut və professor Niftalı Qocayev, Qafqaz Universitetinin və Bakı dövlət universitetinin müəllimi Dosent Mübariz Yolçuyev və Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Qürbət Məmmədov iştirak etmişlər.
http://www.din.az/modules/news/article_storyid_1822.html