Universitetimizdə Universitet-İş Dünyası Əlaqələri mövzusunda dəyirmi masa toplantısı təşkil olunub.
Universitetlərdə tələbələrin özünü tanımasına, iş dünyasına hazırlanma, iş həyatının hər pilləsində uğur əldə etməsinə istiqamətləndirmə prosesinə birbaşa nəzarət edən məsul şəxslər arasında əməkdaşlığı genişləndirmək, bu sahədə birgə addımları müzakirə etmək üçün “Universitet-İş Dünyası Əlaqələri” mövzusunda dəyirmi masa toplantısı təşkil edəcək
Toplantının mövzuları:
Universitetlərin təhsil ilə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində qazandığı təcrübəyə diqqət edilməsi
Yeni tədris metodlarından istifadənin əhəmiyyətinə nəzarət;
Universiteti bitirən məzunların oxuduqları müddətdə təcrübə ilə tanış olmaları;
Universitetlərdəki karyera mərkəzlərinin effektiv fəaliyyət göstərilməsi;
İxtisaslaşma və əmək bazarının şərtləri arasında uzlaşmanın olması;
Bilikləri kompetensiyaya çevirə bilən tədris proqramlarının işlək olması;
Bir çox hallarda tələbələrin ixtisas seçimini tam doğru edə bilməməsi səbəbindən məzun kimi viziyon (vision) və missiya probleminin aradan qaldırılması;
Universitetə daxil olan tələbələrdə bir çox hallarda kreativ ruhunun, nikbinlik hissinin yüksəldilməsi;
Təhsil-istehsalat mübadiləsinin gənişləndirilməsi;
Universitetlərdə start-up layihələrinə dəstək mühitinin formalaşdırılması
Tələbələrdə tənqidi təfəkkürün, analitik nitq və yazı mədəniyyətinin formalaşma problemlərinin həll yolları ;
Universitetlərin mövcud təhsil kurikulumlarının peşə vərdişləri, ixtisasdəyişmə imkanlarının daha elastik olması;
Klassik universitet anlayışından təşəbbüskar və ya III nəsil universitet (təhsil-elminnovasiya) anlayışına keçidin alqoritminin dərk olunması.
Tarix: 14.11.2013
Saat: 11.00
Yer: Tempus Otağı