Tovuzda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib

Tovuzda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə Tovuzda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib

Gün.Az-ın məlumatına görə, tədbirdə Seyid Yəhya əş-Şirvani əl-Bakuvi irsinin gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım tərəfindən Azərbaycan dilində hazırlanıb oxucuların ixtiyarına verilən “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar” (“Sufiliyin sirləri”) adlı kitabın təqdimatı keçirilib.

Millət vəkili Q.Paşayeva əvvəlcə mərasim iştirakçılarına Seyid Yəhya Bakuvinin kimliyi və yaradıcılığı barədə məlumat verib, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edildiyini diqqətə çatdırıb:

“Bakuvi Azərbaycanın o qədər böyük şəxsiyyətidir ki, UNESCO 2013-cü ili dünyada onun adı ilə “Bakuvi ili” elan edib. Osmanlı sultanlarının səksən faizi Bakuvi yolunun davamçıları olub. Azərbaycanda da Şirvanşahlar özlərini Bakuvi davamçıları olaraq görüblər. Bakuvi Azərbaycan tarixinin böyük mədəniyyətinin çox önəmli bir hissəsidir. Seyid Yəhya Bakuvi Xəlvətilik cərəyanının əsaslarını qoyan bir insan olub. O, insanın mənəvi sağlamlığını, şəxsiyyət kimi formalaşmasının modelini yazan insan olub”.

Q.Paşayeva din pərdəsi altında öz gizli maraqlarını həyata keçirən zərərli təriqətlərin olduğunu da bildirib:

“Bu kitabı oxuyanda bəzi bölgələrdə olan radikal cərəyanların zərərli olduğunu başa düşəcəksiniz. İslamda mərhəmət, sevgi, xoşbəxtlik var. Bakuvi kitabında İslam dinindən, Quran ayələrindən, Məhəmməd Peyğəmbərin hədislərindən və Sufi alimlərinin əsərlərindən yararlanıb. Mən hesab edirəm ki, gənclərimiz bu əsəri oxumalı, ibrət götürməlidirlər”.

Seyid Yəhya Bakuvi yaradıcılığının bəhrəsi olan əsərlər barədə İstanbul Universitetinin kitabxanasında zəngin məlumat olduğunu deyən Q.Paşayeva bu mövzuda Azərbaycanda və dünyada bir çox tədbirlərin keçirildiyini qeyd edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu, Şairə Gülayə Rzayeva, müğənni Elza Seyidcahan, vokalçı İlham Əsgəroğlu və başqaları çıxış edərək böyük alimlərin Azərbaycan tarixində və ədəbiyyatında görkəmli yer tutan Seyid Yəhya Bakuvi yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbir iştirakçılarına “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar” kitabı hədiyyə olunub.
http://gun.az/latest/89852

Babək Cahandarov
Gün.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF