Tələbələrin Şirkət Gəzintiləri uğurla davam edir

Tələbələrin Şirkət Gəzintiləri uğurla davam edir.

Tələbələrimiz FAB Boya və Kimya sənayesi MMC -nin qonağı olub. Qafqaz Universiteti Karyera Planlama Mərkəzi FAB şirkətinə Maliyyə bölümü - 2 tələbələrinin şirkət gəzintisini təşkil edib. Şirkət gəzintisində məqsəd tələbələrin iş dünyası ilə tanış olması və təhsil vaxtı yiyələndikləri bilikləri iş prosesinde necə həyatə keçirəcəklərinin canlı şahidi olmalarını təmin etmək idi. Tələbələrimiz, tikinti və təmir sektorunda öz sözünü demiş FAB Boya və Kimya sənayesi məhsullarının istehsalını görməkdən məmnun qaldılar. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdikdən sonra yemək süfrəsinə qonaq etdilər. Şirkət rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF