Bakıda “Sirli hərflər” sərgisi

Bakıda “Sirli hərflər” sərgisi keçiriləcək  http://www.azadinform.az/news/a-58315.html

Leyla Məhərrəmova/AZADİNFORM. 24 noyabr saat 11:00-da Bakı Rəsm Qalereyasında "Sirli hərflər" xəttatlıq sərgisinin açılışı olacaq. AZADİNFORM  xəbər verir ki, sərgidə Türkiyədə yaşayan həmyerlimiz, xəttat Gülhan Baydemirin əsərləri nümayiş olunacaq.

“Seyid Yəhya Şirvani – 550” tədbirləri silsiləsinə aid olan sərgi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. 
Sərgidə xəttatın  “Ya Həzrəti Piri-sani Seyid Cəmaləddin Yəhya əş-Şirvani əl-Bakuvi”, “Yəhya Şirvani “, “Xəlvətiyyə silsiləsi”, “Seyid Cəmaləddin Şirvani”, “Şeyx Nizami Gəncəvi”, “Səmazən”, “Məhəmməd Füzuli” və başqa əsərləri nümayiş olunacaq.

Sərgi 25-26 noyabr   Bakıda Qafqaz Universitetində keçiriləcək Beynəlxalq Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu günlərində davam edəcək.

http://www.azadinform.az/news/a-58315.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF