AMEA Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunun Mətbuat xidmətinin məlumatı

Bakı Humanitar Forumu öz işini başa çatdırmışdır.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Bakı Humanitar Forumundakı    proqram xarakterli çıxışı humanitar  elm  və təhsil ocaqları qarşısında   yeni vəzifələr qoyur: "Humanitar sahənin inkişafı əlbəttə ki, bizim üçün prioritetdir. Bu sahəni inkişaf etdirmək üçün bizdə imkanlar vardır. Sirr deyil və hamımız yaxşı bilirik ki, ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir. Ona görə Azərbaycanda təhsilə, elmə qoyulan sərmayə öz nəticəsini verir və verəcəkdir."

    Bakı Humanitar Forumu qlobal dünyanın müasir problemlərinin axtarışı istiqamətində keçirilən tarixi tədbirlərdən biri olaraq elm və təhsil işçiləri tərəfindən yüksək qiymətləndirilir.Bu gün   humanitar elm və təhsil   müəssisələrinin əməkdaşlıgına da xüsusi zəruət duyulur.  8 noyabr 2013-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquq Institutu və Qafqaz Universiteti rəhbərliyi arasında imzalanan Anlaşma Memorandumu humanitar elmin inkişafı istiqamətində adı çəkilən  elm və təhsil müəssisələrinin əməkdaşlıgın genişləndirilməsinə yönəlmişdir.
Anlaşma memorandumuna elm və təhsilin, həmçinin gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində birgə əməkdaşlıq daxildir.
Anlaşma memorandumunda Fəlsəfə Hüquq və Sosiologiya elmlərinin və ixtisaslarının ayrı-ayrı sahələrində qarşılıqlı maraq doğuran innovativ xarakterli istiqamətlərində elmi fəaliyyət və gələcəkdə müvafiq kadr hazırlığı məsələləri öz əksini tapır.
Qeyd etmək lazımdır ki, humanitar elmlər sahəsində ənənəvi və müasir təcrübəyə malik, Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu ilə ölkənin yüksək ali təhsil hazırlığı səviyyəsi ilə seçilən Qafqaz Universiteti arasında bağlanan memorandum gələcəkdə Universitetin bakalavrlar və magistrlərinin bu elmi tədqiqat institutunda təcrübə keçməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə elmin inkişafı sahəsində qəbul olunmuş Milli inkişaf strategiyanın tələbləri həm də müasir dövrdə təhsilin və elmin qarşılıqlı inkişafını nəzərdə tutdur. Bu baxımdan imzalanan Anlaşma memorandumunda ölkəmiz üçün əhəmiyyətli ümumi maraq kəsb edən mövzular üzrə birgə əməkdaşlığın gələcək perspektivləri də daxildir.  Qafqaz Universitetinin doktorantlarının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi hazırlıq səviyyəsi keçməsi məsələləri də anlaşma memorandumuna daxildir.
Tərəflər memorandumunun icrası və gələcəkdə elmin, təhsilin qarşılıqlı inkişafı istiqamətində müvafiq müqavilələrin bağlanması məqsədi ilə birgə "İşçi Qrupu" yaratmışlar.
 http://strategiya.az/?m=xeber&id=25681
Mətbuat xidmətinin rəhbəri  H.Q. İbrahimov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF