Gənc alimlərdən xəbər var

...   Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə layihəsi çərçivəsində Novxanı qəsəbəsində yerləşən Olimpik oteldə "Gənc Alimlər üçün Qış məktəbi"  təşkil edilmişdir.
         Layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.
          Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan",
"Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları", "İnnovasiyalı cəmiyyətə doğru", "Müasir nanotexnologiyalar" adlı seminarlar, eyni zamanda Qış Məktəbi günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatları,eyni zamanda mədəni-idman tədbirləri həyata keçirilmişdir.
          Qış Məktəbinin açılış mərasimi 14 noyabr saat 15.00-da Olimpik İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunmuş, açılış mərasimində müxtəlif institut və universitetlərin gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak etmişlər.
          Tədbirin ilk günündə iqtisad elmləri üzrə fəlsəfə doktoru Asif Mustafayev Biznes inkubatorlar , karyera mərkəzləri, Azərbaycanda tətbiqi imkanları  haqda iştirakçılara geniş məlumat verdi, seminar çərçivəsində iştirakçılar informasiya və biliklər əldə etdilər.
İqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Samire Abbasova Innovasiyalı cəmiyyətə dagru adli seminar keçdi, seminarda qarşılıqlı diskussiyalar təşkil olundu.  Tədbir günlərində Qafqaz Universiteti Texnoparkının müdiri dosent Isa Qasımov texnoparklar haqqında iştirakçılara informasiya verdi, Qafqaz Universitetinin imkanları haqda presentasiya keçirdi. Qafqaz Universitetinin prorektoru doktor Şahin Duran gənc tədqiqatçıları Universitetdə keçirilən müsabiqələr barədə bilgiləndirdi.
Qış Məktəbinin növbəti günü Doktor Reyhan Əliyeva muasir nanotexnologiyalar haqqinda seminar apardı, seminar elmi presentasiyalarla davam etdi.
Qış Məktəbində DAAD-ın Azərbaycan nümayəndəliyinin direktoru Nikola Ulisiç elmi mübadilə proqramları haqqında iştirakçılara ətraflı məlumatlar verdi, informativ çap materialları paylandı.
Qış Məktəbi iştirakçılarına tədbir günlərində mədəni-idman tədbirləri təşkil olundu. Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak etdilər.


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF