Qafqaz Universitetinin əməkdaşı SSRN reytinqinə görə iki yiz mindən artıq elm adamı arasında 16-cı yerdə olub


Harvard Biznes Məktəbinin Professoru Michael C.Jensenin rəhbərlik etdiyi European Corporate Governance Institute (London) , Korea University (Seoul) , Stanford Law School (California), University of Chicago Booth School of Business (Illinois) təşkilati dəstək verdiyi SSRN (the Social Science Research Network) 1992. ildən etibarən fəaliyyət göstərən dünyanın ən populyar tədqiqat mərkəzlərindən sayılır. Dünyadakı 1500 tədqiqat mərkəzinin reytinqini müəyyələşdirən webometrics reytinqinə görə SSRN 6 ildən artıqdır ki, hər il dünyanın ən reytinqli tədqiqat mərkəzi seçilmişdir.http://repositories.webometrics.info/toprep.asp Hal hazirda SSRN bazasinda dünyanın yüzdən çox ölkəsindən 220 000-ə yaxın elmi tədqiqatçinin beşyüz minə yaxın məqaləsi yer almaqdadır. Eyni zamanda aralarında Harvard, Stanford, MİT, Oxford, London Biznes Məktəbi kimi dünyanın ən məşhur dörd yüzdən çox universitetlərinin və Dünya Bankı, BVF, EBRD kimi yüzdən çox beynəlxalq maliyyə təşkilatlarının bütün elmi nəşrləri istifadəçilərə bu bazada pulsuz olaraq təqdim edilir.SSRN bazasında yer alan məqalələr qurumun müxtəlif e-jurnallarına daxil edilir və bu məqalələrin yüklənmə və sitatgətirmə əmsallarına görə həm müəlliflərin, həm məqalələrin, həm də müəlliflərin təmsil etdikləri qurumların reytinqi müəyyənləşdirilir. SSRN 2013 ilin reytinqi Qafqaz Universiteti üçün ugurlu olmuşdur.Universitetimizin Maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanovun SSRN bazasına daxil edilən otuzdan çox məqaləsinin yüklənmə və sitatgətirmə göstəricilərinə görə hesablanan tədqiqatçı reytinqi sistemdə yer alan Top 30 000 tədqiqatçı arasında 16. yerdə olmuşdur. http://hq.ssrn.com/rankings/Ranking_Display_LAB.cfm?TMY_gID=2&TRN_gID=7 Qeyd edək ki, qırxa yaxın İqtisadiyyat üzrə Nobel mükafatçısının və dünyanın ən məşhur humanitar elmlər üzrə elm adamlarının yer aldığı bu siyahıda Elçin Süleymanov ilk yüzlükdə olan Amerika və Qərbi Avropa xaricində ilk tədqiqatçı olmuşdur. Əksəriyyəti Amerikanın məşhur universitetlərinin təmsilçiləri olan ilk yüzlüktə , Amerika xaricində sadəcə İngiltərə, İspanya, Kanada və Azərbaycanı təmsil edən tədqiqatçılar yer almışdır. Bu bazada yer alan Azərbaycanın iqtisadiyyatı ilə əlaqəli məqalələrə elmi ictimaiyyətin böyük diqqət göstərdiklərini subut etməkdədir.Qeyd edək ki bu elmi bazada Azərbaycanla əlaqədar 180 məqalə daxıl edilmişdir. Elçin Süleymanovun həmmüəllifi olduğu dörd kitabı və müxtəlif elmi jurnallarda və ondan çox xarici ölkədə keçirilən beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə və tezisləri çap olunmuşdur. O dünyanın 130 ölkəsindən müxtəlif universitetlərin tədqiqatçılarının daxil olduğu beynəlxalq indexcopernicus şəbəkəsinin, Nyu York Elmlər Akademiyasinin, World Academy of Science, Engineering and Technology-nin və Academia şəbəkəsinin uzvüdür. Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilmişdir. Scientific Committee and Editorial Review Board on Social and Human Sciences, World Academy of Science, Engineering and Technology üzvüdür. Bu göstəricilərə görə bir neçə beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişdir. Universitetimizin əməkdaşının bu göstəricisi eyni zamanda Qafqaz Universitetinin SSRN Top 1,600 Entrepreneurship Research & Policy Network Organizations reytinqini yüksəltmişdir.Belə ki 2012 ci ildə 2250 yerdə olan Qafqaz Universiteti hazırda 338. yerə yüksəlmişdir. Qeyd edək ki Qafqaz Universiteti MDB məkanından ilk dördyüzlükdə olan yeganə universitet olmuşdur.Siyahıda ilk üçlükdə yirmiyə yaxin iqtisadiyyat üzrə Nobel mükafatçısı çıxaran National Bureau of Economic Research (NBER) , Harvard Universiteti və European Corporate Governance Institute (ECGI) yer almaqdadir.

 http://hq.ssrn.com/rankings/Ranking_Display_LAB.cfm?

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF