Təhsil Nazirliyinin mətbuat xidməti və direktor müavini Qafqaz Universitetində....
Qafqaz Universitetində "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində kurikulum islahatının
əsas istiqamətləri”mövzusunda seminar keçirilib.
Bu barədə universitetin mətbuat xidmətindən mia.aza daxil olan məlumata görə, tədbir Qafqaz Universitetinin Pedaqoji Fakultəsində Təhsil Problemləri İnistitutunun direktor müavini,
kurikulum mərkəzinin direktoru, fəlsəfə doktoru Ənvər Abasovun təqdimatında baş tutub:
"Seminar Pedaqoji fakultənin rəhbərliyi, müəllimlər və yuxarı kurs tələbələriinin iştirakıilə
maraqlı təqdimat fikir mübadiləsi və sualların cavablandırılılması ılə davam edib.Seminarın sonunda Pedaqoji fakultənin dekanı Erdal Karaman
məruzəçi Ənvər Abasova maraqlı təqdimata görə minnətdarlığını bildirib və qoanağa hədiyyə təqdim edib».
Universitetdən daxil olan digər bir məlumata görə, Qafaqz Universitetinin Pedaqoji Fakultəsində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri, fəlsəfə doktoru Cəsarət Valehlinin təqdimatında isə "Müasir Azərbaycan təhsilinə baxış” mövzusunda seminarda keçirilib.
Seminarda Pedaqoji Fakultənin rəhbərliyi, bölüm başqanları, müəllim vətələbələr iştirak ediblər.
Maraqlı keçən seminarın sonunda suallar cavablandırılmış, fikir mübadiləsi aparılıb.
Sonda isə fakultə dekanı Erdal Karaman məzmunlu və maraqlı təqdimata görə Cəsarət Valehliyə minnətdarlıq edib.