Qafqaz Universitetində “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (Azərbaycan Birinciliyi) keçirilir

Qafqaz Universitetində “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (Azərbaycan Birinciliyi) keçirilir

Ölkəmizdə 2005-ci ildən keçirilən "Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” müsabiqəsi Qafqaz universiteti,Bakı Dövlət universiteti və "İRƏLİ" ictimai birliyinin təşkilatçılığı ilə keçirilir. Qafqaz universitetinin ev sahibliyi etdiyi müsabiqəyə 11 universitetdən 48 komanda qatılıb.Komandalara 5 saat ərzində 12 Alqoritmik məsələni həll etmək  tapşırığı verilib. Qiymətləndirmə avtomatik test sistemi ilə aparılır.

Regionlarda fəaliyyət göstərən universitetlərin komandalarıda bu müsabiqədə iştirak edir. Azərbaycan Dövlət Aqrar universitetinin komandasının məşqçisi Mahil Məmmədov Təçkilatçılığın yüksək səviyyədə olmasına görə Qafqaz universitetinin baş müəllimi Etibar Seyidzadəyə təşəkkür etdi. Mahil müəllim bu ilki müsabiqənin fərqini qiymətləndirmə sisteminin avtomatik olmasında görür. O həmdə ildən-ilə tələbələrin bu müsabiqəyə marağının artığınıda qeyd edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF