“İrəli” beynəlxalq müsabiqədə tərəfdaş qismində iştirak edib

“İrəli” beynəlxalq müsabiqədə tərəfdaş qismində iştirak edib“Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (IX Azərbaycan Çempionluğu) keçirilib.
Gün.Az xəbər verir ki, müsabiqə Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU) və “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə “İrəli” İctimai Birliyini “İrəli” İnformasiya Texnologiyaları Mərkəzinin meneceri Rüstəm Həsənov təmsil edib.
Qafqaz Universitetində keçirilən müsabiqədə 11 universitetdən 48 komanda iştirak edib. Nəticələrə əsasən Qafqaz Universitetinin Baku Qafqaz U 3 komandası I, Baku Qafqaz U 2 komandası II, Moskva Dövlət Universitetinin Bakı filialının BakuMSU1 komandası III yerə layiq görülüb. Baku Qafqaz U 1, Baku Qafqaz U 7 komandaları II dərəcəli diplomlarla, Baku Qafqaz U 4, BSU6, Baku MSU2, Baku Qafqaz U 11, Baku SU-1, Baku Qafqaz U 6 komandaları isə III dərəcəli diplomlarla təltif ediliblər.
Müsabiqənin nəticələrinə əsasən, Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən 10 komanda 30 noyabr - 1 dekabr 2013-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 38-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak edəcəklər.

http://www.gun.az/latest/88893

Fidan Əliyeva
Gün.Az
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF