Qafqaz Universitetində görüş barədə...

Bugün dostumuz İsa müəllimin dəvəti ilə Qafqaz Universitetinin bazasında olan Texnoparkla tanışlığa getmişdim. Dostlar bilir ki, mənim Qafqaz Universiteti haqqında məlumatım çox azdır və özüm üçündə bu ali məktəbə getmək maraqlı edi. Əzizlərim… gördüklərim məni sadəcə valeh etdi.

Birincisi qeyd etməliyəm ki, İsa müəllimin işinə olan sevgisi hər addımda hiss edilirdi. İstər Texnopark haqqında sevə-sevə danışması, istrə Qafqaz Universitetinin maddi-texniki tədris bazası ilə məni tanış etməyi, istərsədə müşahidə etdiyim Universitet daxili mehribançılığı super edi. Bu sübüt edir ki, bu Universitetin ən güclü tərəfi məmnun personaldır. Biz bir neçə dəfə Sizinlə söhbət etmişik ki, güclü brend ilk növbədə müştəri məmnunluğundan başlayır. Müştərini məmnun etmək üçün isə, personal məmnun olmalıdır. Qafqaz Universitetində personal məmnun edi.

İkincisi Universitetdə tələbə-müəllim münasibətləri tamamiylə fərqli və əslində olması lazım olan formada edi. Mənim yanımda Ali məktəbdə dərs deyən müəllimlər var edi. Tələbələr müəllimlər, müəllimlərin tələbələrlə adi salamlaması belə vəziyyətin necə pozitiv, necə yaxşı olduğun bariz nümünəsi edi. Bu məni çox sevindirdi. Bu mənə Avropa təhsil av-havasını xatırlatdı. Hər şey super edi! Universitetdə güclü idealoji baza mövcuddur.

Üçuncüsü ali məktəbin daxilində olan çox saylə tikililər, sistematik, təhsilə yönəli quruluş Qafqazın əsas üstünlüklərindəndir. Ali məktəbin istər ərazisinin genişliyi, istərsədə içəridə tikilmiş və tikilməkdə olan inşaatlar Universitetin dahada güclü bazaya sahib olacağından xəbər verirdi. Tikinti olan yerdə, inkişaf olur. İnkişaf olan yerdə isə gənclik.

Dördüncüsü, əslində mənim üçün ən vaciblərdən biri Universitetin praktik bazası edi. Qafqaz Universitetində istər Azercell yaratdığı tədris otağı, istər BP-in kimya laboratoriyası, istərsədə yaxın dostumuz FAB boyalarının sponsorluğu ilə yaradılan otaq məni çox sevindirdi. Bu o deməkdir ki, Universitet şirkətlərlə (bizneslə) əlaqələrini düzgün qura bilib. Bu əladır.

Qafqaz Universiteti Azərbaycanda xaricə tələbə göndərməkdə birinci yerdə olması əslində təsadüfi deyil. Universitetdə xarici dil öyrənmək üçün butün şərait var. Həmçinin yuxarıda göstərdiyimiz səbəbləri tələbələrə daha çox oxumaq üçün motivasiya verir. Qafqazda tədris proqramları elanlarının sayı hesabı yox edi.

Mən Qafqaz Universitetində yaranmış Texnopark layihəsinin inkişafına çox inanıram. İnanıram ki, tezliklə Qafqaz Universitetinin texnoparkından son dərəcə güclü və kreativ biznes ideyalar icra ediləcək. Bu bizneslər əsasında Azərbaycanınız dahada inkişaf edəcək. Azərbaycanımızda çoxlu yeni bizneslər buradan çıxa bilər. Bundan gözəl nə ola bilər?!

Qafqaz Universitetinin kadrları bugün türk məzunları ilə birlikdə Azərbaycan biznes elitasının önündə gedir desək, məncə yanılmarıq. Əlbətdə bu Universitet kollektivinin, rəhbərliyinin öz işlərini düzgün icra etmələrinin bariz göstəricisidir.

Mən çox sevinirəm ki, Azərbaycanda tədris gündən-günə dahada güclü olur. Daha əvvəldə dediyim ki, hərə öz öhdəsinə düşən şeyləri etsə… inandırıram ki, Qafqaz kimi ali məktəblərinin sayı daha çox olar.


http://www.ilkinmanafov.com/2013/11/qafqaz-universitetind%C9%99-gorus-bar%C9%99d%C9%99/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF