Türkmənistanın müstəqilliyinin 22 illiyi Qafqaz Universitetində qeyd olundu

Türkmənistanın müstəqilliyinin 22 illiyi Qafqaz Universitetində qeyd olundu
Qafqaz Universitetində Türkmənistan Respublikasının 22 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan espublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov, Türkmənistan Dövlət Universitetinin rektoru, professor Qurdniyaz Xanmuradov, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təhsil şurasının sədri Ənvər Özərən və Türkmənistanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 
Tədbir açıq elan olunmamışdan əvvəl qonaqlar Qafqaz Universiteti və Türkmənistan Dövlət Universitetinin tələbələrinin futbol oyununu izləyiblər. Daha sonra qonaqlar Qafqaz Universitetinin kimya laboratoriyasındakı şəraitlə yaxından tanış olublar. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç laboratoriyada quraşdırılmış sistemlər barəsində qonaqlara ətraflı məlumat verib.
 Tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov iki qardaş dövlət arasındakı münasibətləri Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Türkmənistanla Azərbaycanın bütün məsələlərdə bir-birilərinə dəstək olduğunu bildirib. Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç adı çəkilən ali təhsil ocağında Türkmənistanlı  tələbələrin təhsil aldığını xatırladaraq bildirib ki, Türkmənistan universitetləri ilə tələbə, müəllim mübadiləsinin edilməsi planlaşdırılır.
Qafqaz Universitetində təhsil alan türkmənistanlı tələbələr də sözügedən tədbiri yüksək qiymətləndiriblər. Onlar bu tədbiri hər iki qardaş dövlətin tarix və mədəniyyəti ilə tanışlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.     













Elvin Əliyev

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF