Şagirdlərimiz beynəlxalq fənn və layihə olimpiadalarında fəal iştirak edir

Oktyabrın 31-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Ramazan Tomay Gəncə Şəhər Təhsil şöbəsinin müdiri Zakir Hüseynov ilə görüşüb. Görüş zamanı Ramazan Tomay təhsildə əldə etdikləri nailiyyətləri, liseydə tətbiq olunmuş yeni təhsil texnologiyaları və məktəbdə şagirdlər üçün  hazırlanmış ən müasir tələblərə cavab verən şərait barədə ətraflı məlumat verib. Eyni zamanda şagirdlərinin respublikamızda eləcə də digər ölkələrdə keçirilən beynəlxalq fənn və layihə olimpiadalarında fəal iştirak etmələri haqqında danışıb. 
 Gəncə Şəhər Təhsil şöbəsinin müdiri Zakir Hüseynov Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin təhsildə əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu bildirib və liseyin pedaqoji kollektivinə işlərində uğurlar diləyib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF