f (0)=30, f1 (0)=10,f (0)=2013

f (0)=30, f1 (0)=10,f (0)=2013

Qafqaz Universiteti Mədəniyyət şöbəsi Pİ klubunun təşkilatçılığı ilə keçirilən Ali Riyaziyyat-Məntiq yarışmasının ilk sualı bu başlıq oldu. Təəccüb etməyək: suala diqqət yetirsək yarışmanın keçirildiyi tarixi aydın görmək olar. Elə ilk sualdan başlayan məntiqi yanaşma bütün yarışma boyu gənc riyaziyyatçıları təqib etdi. Riyazi analiz, məntiq suallarından ibarət yarışmada 3 komanda iştirak edirdi. Hər üç komanda  5 nəfərdən (2 nəfər III kurs; 2 nəfər II kurs; 1 nəfər I kurs tələbəsi) ibarət idi. Pedaqoji fakültə Riyaziyyat müəllimliyi, Riyaziyyat informatika (ingilis və azərbaycan dilində) bölümləri tələbələrinin qatıldığı bilik yarışı praktik fəaliyyətdə tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real zəmin yaratmaq və riyaziyyatı sevdirmək məqsədinə nail oldu.

Pi klubunu təmsil edən yarışmaçılar həm də asudə vaxtlarında maraqlı əylənə bildilər. Suallara cavab tapılana qədər seyrçilərin darıxmaması və onların da riyazi maraqlarını təmin etmək üçün riyaziyyatın ən maraqlı sahəsi olan “CHAUS” filminə fasilələrlə baxış keçirildi. Bütönlükdə riyaziyyata bürünmüş tədbir iştirakçıları bədii zövqü də unutmadılar. Pİ klubunun məsləhətçisi Bəhmən Məmmədovun “Kimə əmanət” şeiri klubun üzvü Leyla Namazovanın ifasında müəllifin tarda müşayəti ilə təqdim edildi. Rəqəmlərin dili ilə danışan riyaziyyatçıların, xüsusilə də klubun məsləhətçisi Bəhmən Məmmədovun gözəl ifaçılıq keyfiyyətləri hər kəsi heyran etdi. Məntiqi təfəkkürün formalaşmasına, mühakimə və dərketmə qabiliyyətlərinin nümayişinə start götürən Ali riyaziyyat və məntiq yarışı axarı ilə Ali keyfiyyətləri nümayiş etdirən yarış- konsertə yol aldı.
                                                                                                              Mədəniyyət şöbə müdirliyi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır