Şəxsi büdcənin effektiv idarə olunmasından başlayan yol


Şəxsi büdcənin effektiv idarə olunmasından başlayan yol topnews

QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 16 Noyabr 2013-cü il tarixində Qafqaz Universiteti, Biznesin İdarə Olunması kafedrasının müəllimi, "Baku Art School" və "ÖZ klub"-un həmtəsisçisi Rüfət Hüseynovun təqdimatında "Şəxsi büdcənin effektiv idarəolunması" mövzusundatəşkil edildi. SİA-nın verdiyi məlumata görə, seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:

- Xərclərin qruplaşdırılması

- Büdcənin planlanması

- Özü-özünüzdən pul qazanmağın yolları

Xatırladaq ki, "Təşəbbüskarlıq Seminarları" Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF