"Əgər iş dünyası daha bacarıqlı, potensial kadr istəyirsə..." - Dəyirmi Masa
Qafqaz Universitetinin təşkilatçılığı ilə 20 üniversitetdən prorektorlar, dekanlar, kafedra müdirləri, karyera planlama mərkəz müdirləri və mütəxəsislərin iştirakı ilə "Universitet-İş Dünyası Əlaqələri" adlı tədbir düzənlənib.
Universitetdən mia.az-a daxil olan məlumatagörə, 3 saat davam edən dəyirmi masa, Qafqaz universitetinin rektoru professor Ahmet Saniçin açılış nitqi ilə başlayıb. Qarşıya qoyulan məsələlərə münasibət bildirən dəyirmi masa iştirakçıları Universitet-İş Dünyası əlaqələrinin ali təhsil müəssisələrinin ən mühim məsələlərindən biri olduğunu söyləyiblər. Təklif ediblər ki, müvəffəqiyyətin əldə olunması üçün, universitetlər arasında, məlumat-təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin genişləndirilməsi zəruridir.
Müzakirələrin sonunda qərara alınıb ki, bu məsələ çox aspektli yanaşmanı tələb etdiyindən universitetlər başda olmaqla, müəllimlərin,tələbələrin və valideyinlərin, məzunların və iş dünyasının üzərinə düşən vəzifələr var.
Universitetlərdə iş dünyası mərkəzləri təkmilləşdirilməli və qarşılıqlı işbirliyi və təcrübə mübadiləsi imkanları artırılmalı, özlərini abituriyentlərə elə tanıtdırmalıdırlarki məzun olanda hansı imkanlara malik ola biləcəklərini daha tələbə olmadan bilsinlər. Universitetlərin texniki bazası qüvvətləndirilməli, laboratoriya imkanları artırılmalı, müəllim və tələbələrin daxili və xarici universitetlərlə mübadilə prosesi artırılmalıdır. Elə şərait yaradılmalıdır ki, tələbələr, universitet rəhbərliyi və müəllimləri ilə ünsiyyət qurmaqdan çəkinməməlidirlər.
Tədbirdə yekun fikir belə olub ki, əgər iş dünyası daha bacarıqlı, potensial kadr istəyirsə, universitetlərlə daha çox əməkdaşlık etməli, tələbələrə təcrübə sahəsində şərait yaratmalı, yaxşı oxuyan tələbələrə təqaüd programları üçün vəsait ayırmalı, magistr ve doktorantların dissertasiya işlərinin səçilməsi, araşdırmaların aparılması, təkmilləşdirilməsi proseslərinə daha çox qatılmalıdır.