Beyin Axını Seminarı

hare on prin

Beyin Axını Seminarı
Dünya İqtisadiyyatı bölməsinin müəllimləri Dr. Fəxri Həsənov və Dr. Sərvər Qurbanov, Beyin Köçü və Beynin Qazancı mövzulu seminarda iştirak etmişdir. Seminarın mövzusu bu şəkildə müəyyən edilmişdir: "Beyin Köçünü, Azərbaycanda Beyin Qazancına çevirmək". Tədbir, Yaponiyanın Nippon Fondu və Türk-Yapon-Orta Asiya Dostluq və Əməkdaşlıq Dərnəyinin (JATCAFA) maliyyə dəstəyi ilə keçirilmişdir. Dr. Fəxri Həsənov, öz təqdimatında beyin köçünə təkan verən amillərin müzakirəsini aparmışdır. Dr. Həsənov, beyin köçünün müsbət və mənfi nəticələrini iqtisadi nöqteyi nəzərdən izah etmişdir. Dr. Sərvər Qurbanov isə öz təqdimatında beyin köçünü beyin axınına çevirəbilən uğurlu ölkə nümunələrindən bəhs açmışdır. Dr. Qurbanov, beyin köçünün göstərici kimi necə ölçüldüyü haqqında məlumat vermişdir. Bununla yanaşı, O, qeyd etmişdir ki, Dünya Bankı iqtisadçılarının apardığı təsnifata əsasən, Azərbaycan beyin köçünün ən az reallaşdığı ölkələr siyahısına daxil edilmişdir.
Seminar haqqında bir sıra xəbər saytlarında məlumat verilmişdir:

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF