Universitet laboratoriyalarına 1.3 milyon dollar ayrıldı

Universitet laboratoriyalarına 1.3 milyon dollar ayrıldı

Bu gün Qafqaz universitetində Mexanika Mühəndisliyi Fakültəsinin laboratoriya kompleksinin açılışı ilə bağlı tədbir keçirilib. 
Publika.Az-ın verdiyi xəbərə görə, laboratoriya BP Azərbaycan şirkəti ilə Qafqaz universiteti arasında bağlanmış memoranduma əsasən Mühəndislik fakültəsinin genişləndirilməsi layihəsi çərçivəsində baş tutub.

2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib.Bu gün isə daha 11 labiratoriya tələbələrin istifadəsinə verilib.
Tədbirdə BP-nin Azərbaycan Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Təhsil nazirinin müavini Ceyhun Bayramov, millət vəkillərinin, Ali Təhsil müəsisələrinin rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən universitetin rektoru Əhməd Sanıç 11 il əvvəl BP şikəti ilə universitet arasında əlaqələrin necə qurulması və bu günə çatması barədə qısa məlumat verib. Rektor bildirib ki, bu əlaqələrin qurulmasında Azərbaycan dövlətinin də böyük dəstəyi olub:
“Biz hər zaman universitetimizə göstərilən etimadı doğrultmağa çalışırıq. Əsas məqsədlərimizdən biri gələcəkdə ölkəyə Nobel mükafatı gətirəcək kadrlar yetişdirməkdir”.
Daha sonra BP-nin Azərbaycan Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel çıxış edərək bu gün açılışına toplanan laboratoriyaların uzun illər həyata keçirilmiş əməyin nəticəsi olduğunu deyib:
“Bp şirkəti yerli bacarıq və imkanların inkişaf etdirilməsinin, xüsusən də neft və qaz sahəsi ilə bağlı peşələr üçün dəstəklənməyə ehtiyac olduğunu hesab edirik.Dünya səviyyəli yerli mütəxəssislərin yetişdirilməsi istiqamətində ARDNŞ və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq etmişik. 
Bu gün bağışlanan laboratoriyalar üçün xərclənmiş 1.3 milyon dollar həcmində vəsait daxil olmaqla, BP şirkəti bu günədək Qafqaz Universitetinə iki yeni fakülətənin açılması və laboratoriyaların qurulmasında yardım edən layihələrə 2.5 milyon dollardan artıq vəsait yatırıb”.
Daha sonra ARDNŞ-nin preizidenti Rövnəq Abdullayev çıxış edərək Azərbaycanda meqa layihələrin həyata keçirilməsi üçün yerli mütəxəssislərə ehtiyac olduğunu deyib. O bu istiqamətdə dövlətin həyata keçirdiyi proqramların əhəmiyyətindən danışaraq, yerli universitetlərin bu istiqamətdə daha yüksək səviyyədə çalışmalı olduğunu deyib. 
R.Abdullayev həmçinin yerli və xarici şirkətlərin də bu istiqamətdə ali məktəblərə dəstək ola biləcəyini vurğulayıb. Bu gün açılış mərasimi keçirilən laboratoriyaların da bu əməkdaşlığın göstəricisi olduğunu əlavə edib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışı zaman təhsilin inkişafı üzrə Dövlət Strategiyasının önəmindən danışıb. Qafqaz universitetinin həyata keçirdiyi layihələrin bu strategiyanın tələblərinə uyğun gəldiyi bildirib

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF