Hər zaman tələbələrə dəstək göstərən şirkət 11 tələbəyə hər ay 200 AZN məbləğində təqaüd verəcək

Azercell-in Tələbə Təqaüdü Proqramının qalibləri bəlli oldu

Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini  davam etdirir. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının bu il üçün nəticələri müəyyən edilib. Dekabrın 20-də Azercell şirkətinin prezidenti Kiril Qaburiç Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. Cənab Qaburiç qalibləri təbrik edərək, tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb. Məlumat üçün bildirək ki, proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 437 tələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 11 tələbə Azercell-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar: 

1.      Abdulla  Hüseyn, Qafqaz Universiteti , Sənaye Mühəndisliyi
2.      Bədəlova Aygün, Azərbaycan Dövlət Neft Akademiyası, Sənayenin təşkili və idarə olunması
3.      Badəlova Könül, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Hüquqşünaslıq 
4.      Əliyev  Ulfan, Azərbaycan Dövlət İqtisadiyyat Üniversiteti, Maliyyə 
5.      Ənvərli Pərvin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,  Hüquqşünaslıq 
6.      Hüseynli  Fərid, Qafqaz Universiteti, Sənayenin təşkili və idarə olunması
7.      İsayeva Səbinə, M.V.Lomosov adına MDU, Tətbiqi riyaziyyat və kompüter elmləri 
8.      Nəcəfov Cahangir, Bakı Dövlət Universiteti, Kompüter elmləri
9.      Rüstəmli  Nəbi, Qafqaz Universiteti, Dünya İqtisadiyyatı 
10.  Rzalı Vədad, Azərbaycan Dövlət İqtisadiyyat Üniversiteti, Maliyyə 
11.  Səmədzadə Sevinc, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Beynəlxalq Əlaqələr  

Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin ingilis dilində müxtəlif mövzularda inşalar yazıblar. Son mərhələdə isə tələbələr Azercell şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Nəticədə, bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər. Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Azercell Telekom MMC-nin Dayanıqlılıq strategiyası çərçivəsində keçirilən bu layihə,  şirkətin korporativ sosial məsuliyyət fəaliyyətini gücləndirir və cəmiyyətimizin rifahının yüksəlməsinə daha çox  töhfə vermiş olur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF