Azərbaycan milli robot istehsal edəcək

Yaxın beş ildə Azərbaycanda xüsusi intellektual proqramın hazırlanması nəzərdə tutulub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, proqramın “Qafqaz” Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılıb.
Bu layihəyə əsasən, Azərbaycan dilində tam danışan, başa düşən, analiz edən, mütaliə edən intellektual proqram hazırlanacaq. O daha sonra robota tətbiq olunacaq. Yenilik haqda “Qafqaz” Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev danışıb.

Onun sözlərinə görə, bu layihə böyük maliyyə vəsaiti tələb edir: “Biz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başladıq və onların hədəfində də bu cür layihənin olduğu müəyyən olundu. Artıq ilkin razılaşma əldə olunub. Danışıqlarımız davam edir”.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF