“Müəllimlik şərəfli peşədir”

“Müəllimlik şərəfli peşədir” - Heydər Əliyev

Mədəniyyət şöbəsi Ədəbiyyat klubunun təşkilatçılığı ilə görkəmli pedaqoq, tanınmış müəllim Nazim Əkbərovun iştirakıyla pedaqoji təhsil alan tələbələrə xitab edən  “Müəllimlik şərəfli peşədir” mövzusunda seminar keçirildi. Natiq öz çıxışına ulu öndər Heydər Əliyevin təbirincə “Müəllimlik şərəfli peşədir” cümləsi ilə başladı. Seminarın keçirilməsində məqsəd müəllim olmağa hazırlaşan tələbələrə bu şərəfli və məsuliyyətli peşənin vacibliyini, əhəmiyyətini çatdırmaqdan ibarət idi. Müasir dövrdə fərqli münasibət bəslənilən müəllim sənətinin əhəmiyyətini dərk edib onu lazımınca dəyərləndirmək hər birimizin borcudur. İstənilən  peşənin, sənətin qapısı müəllim vasitəsi ilə açılır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyətin düzgün inkişafını formalaşdırır. Təcrübəli müəllim Nazim Əkbərov öz çıxışı ilə bu məsələləri tələbələrə bir daha xatırladaraq öz tövsiyələrini verdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.


                                                                                                                                                                    Mədəniyyət şöbəsi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF