17 Aralık 2013 Salı

Azərbaycanlı dosent Polşa universitetlərində

Azərbaycanlı dosent Polşa universitetlərində

 Qafqaz universitetinin bir qrup professor-müəllim heyəti Erasmus Mundus proqramları çərçivəsində Polşa universitetlərində təcrübə keçmişdir.
Bu proqramlarda iştirak nəticəsində Polşa universitetlərinin professor müəllim heyətinin Azərbaycan təhsil sisteminə, özəlliklə də Qafqaz universitetinə diqqəti artmışdır və onlar da bu proqramlar çərçivəsində Qafqaz universitetində tədqiqat aparmaq istədiklərini bildirmişlər.
Məhz bu tələbdən irəli gələrək Qafqaz universiteti, İqtisadiyyat və İdarəetmə fakutləsi, Biznesin idarəedilməsi bölməsinin dosenti Rasim Abutalıbov Warsawa University of Life Science, WULS-da professor müəllim heyəti üçün Qafqaz universitetinin təqdimatını keçirmişdir.
Bu tədbirdə həmin universitetin 40-a yaxın professor müəllim heyəti iştirak etmişdir.
http://www.qu.edu.az/az/news/Az%C9%99rbaycanl%C4%B1-dosent-Pol%C5%9Fa-universitetl%C9%99rind%C9%99-4598.html