Qafqaz universitetində ədəbi tədbir
“Qafqaz” Unversitetinin Pedaqoji fakültəsinin Ədəbiyyat bölümündə vaxtaşırı müxtəlif tədbirlər keçirilir.Onlardan biri də ayda iki dəfə müəllimlərin rəngarəng mövzuda seminarlarının təşkil olunmasıdır.
Prof.dr. Sərxan Xavərinin “Klassik Azərbaycan ədəbiyyatında fəlsəfi dəyərlər və müasir texnogen sivilizasiya” mövzusunda keçirdiyi seminar maraqla qarşılandı.Texnoloji inkişafın,qərb dəyərlərinin milli dəyərlərimizi silib süpürdüyü bir vaxtda qarşıda duran məsələlər,dünya sivilizasiyasında əriyib getmədən özü olaraq qalmaq,həm inkişafla ayaqlaşa bilmək günün vacib məsələsi olaraq qalır.Buna görə də belə məsələlər vaxtaşırı gündəmə gəlir və müzakirə mövzusu olur.
Bu günkü seminar da ideya baxımından əvvəlkinin davamı kimi səslənirdi.UnİvErsitetin müəllimi dr.Kənan Bəşirovun “Ədəbiyyatımızda su dəyirmanı obrazları” mövzusu da maraq doğurdu.Kənan müəllim əvəlcə su dəyirmanlarının strukturunu rəsmlərlə nümayiş etdirdi,onun hissələrini izah edərək sanki dinləyiciləri dəyirmana ekskursiyaya apardı.Sonra da əvvəl folklorda,sonra klasik ədəbiyyata,nəhayət müasir ətbiyyatda dəyirman obrazı,dəyirmanla bağlı yazılan əsərlər üzərində durdu.Dəyirmanın tarixən məişətimizdə və ictimai həyatda oynadığı rolu əsərlərdən gətirdiyi nümunələrlə əsaslandırdı.
Xüsusən İ.Əfəndiyevin “Su dəyirmanı” hekayəsi,M.Süleymanlının “Dəyirman” povesti, Musa Yaqubun dəyirmanla bağlı poemaları üzərində duraraq birincidə su dəyirmanının yerini tutan elektrik dəyirmanlarının sovet dövründə bir yenilik olduğunu,M.Süleymanlıda dəyirmanın bir sovet maşını kimi millətin bütün təbəqələrinin mənəvi aşınma yeri olduğunu,onu üyütdüyünü,M.Yaqubda isə dəyirmanlı günlərin nisgilinin ön plana çıxdığına diqqət çəkdi.
Sonda Universitetin ədəbiyyat bölmə müdiri prof.dr. Akif Hüseynli tədbiri yekunlaşdırdı, maddi və mənəvi dəyərlərimizə sahib çıxmanın vacib olduğunu,texniki tərəqqinin də qaçınılmaz olduğunu vurğuladı.Kənan müəllimə ətraflı məruzəsinə görə təşəkkürünü bildirdi.