Qafqaz Universitetində bayram tədbiri keçirilib



Qafqaz Universitetində bayram tədbiri keçirilibQafqaz Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2014-cü il münasibətilə "Var xalqımın imzası imzalar içində" adlı tədbir keçirilib.Tədbirdə millət vəkilləri Tahir Rzayev, Azər Badamov, Musiqi Akademiyasının dosenti Mübariz Əliyev və universitetin müəllim-tələbə heyəti iştirak edib. 
Dövlət himnimizin səslənməsindən sonra tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru prof.dr. Ahmet Saniç ümummilli lider Heydər Əliyevin xalqı üçün gördüyü işlərdən, hələ sovetlər birliyi dövründə ittifaqın öndə gedən universitetlərində azərbaycanlı gəncləri oxutdurmasından, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən geniş danışıb. O, zalda əyləşənlərə tövsiyə edib ki, xaricdə yaşayan qohum-əqrabanı, dostları bayram münasibətilə telefon və internetdən istifadə edərək təbrik etsinlər. Çünki bu təbrik onlar üçün stimul olur. 
Millət vəkilləri Tahir Rzayev, Azər Badamov çıxış edərək xalqımızın həmrəyliyi sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən, xalqımızın imzasının imzalar içindəki yerindən və dəyərindən danışıblar. Millət vəkilləri Qafqaz Universitetinin kollektivinə belə bir tədbir keçirdikləri üçün minnətdarlıqlarını bildiriblər.
Bayram əhvali-ruhiyyəsində keçən tədbirin bədii hissəsində Azərbaycan Musiqi Akademiyasının dosenti Mübariz Əliyevin rəhbərliyi ilə Qafqaz Universitetinin tələbələrinin ifasında saz havaları, Sevda Yəhyayevanin və Qafqaz Universitetinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, universitetin tələbələri tərəfindən milli rəqslər ifa olunub.
Bayram tədbiri ümummilli lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı ilə sona çatıb.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF