16 Aralık 2013 Pazartesi

Bir sevindirici xəbər daha...

Bu xəbər tələbələrimizi sevindirəcək.

Karyera Planlama Mərkəzi 17000 satış məntəqəsini özündə birləşdirən  Koroğlu MMC –in şöbə müdiri Alruz Sultan bəyi qəbul etdi. Görüş zamanı tələbələrimizin şirkətin tərkibində fəaliyyət göstərən istehsalat müəssisələrində şirkət gəzintiləri, təcrübə keçmələri, Part Time işlə təmin olunmaları və şirkət nümayəndələrinin tələbələrimizə “ Marketing”, “ Şirkətdə Bədən dili”, “Logistika” mövzusunda seminar vermələri üzrə danışıqlar aparılıb. Şirkət nümayəndəsi bütün bu sadalanan mövzularla bağlı Universitetimizin tələbələri üçün daima qapılarının açıq olduğunu qeyd edib. Artıq bu görüşün bəhrəsi olaraq yaxın günlərdə Alruz bəyin 4 -5 ci kurs tələbələrimizə “ Şirkətdə bədən dili” mövzusunda seminar verilməsi planlaşdırılıb . Şirkət  Azərbaycan Respublikasının daxili bazarında uzun müddət davamlı fəaliyyət göstərərək, eləcə də yerli və xarici istehsal məhsullarının səmərəli surətdə paylaşdıraraq,  biz müştərilərimizin, həmkarlarımızın hörmət və etibarını qazanaraq bu gün regionumuzda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə birinci yeri tutur.