Daimi İnkişaf Mərkəzimizin "Öncə - Özümüzə" devizi ilə personalımıza yönəlik olaraq təşkil etdiyi seminarların ilki keçirildi.
Daimi İnkişaf Mərkəzimizin "Öncə - Özümüzə" devizi ilə personalımıza yönəlik olaraq təşkil etdiyi seminarların ilki keçirildi. Tədris işləri üzrə Prorektorumuz Prof.Dr. Cihan Bulutun "Şirkət Mədəniyyəti və İş Etikası" mövzulu seminarı bugün Tempus otağında təqdim olundu. Dialoq şəklində keçən seminarda "eyni dili danışanlar deyil, eyni hissiyatı paylaşanlar anlaşar" deyən Prof.Dr. Cihan Bulut, şirkət mədəniyyətinin çox əhəmiyyətli olduğunu vurğulayaraq, əsas meyyarın əməkdaşlarımızın qarşılıqlı şəkildə və qrup şəklində ortaq mədəniyyətin formalaşdırdığı kollektivdə çalışması olduğunu qeyd etdi.
Təlimin keçirilməsində əsas məqsəd əməkdaşlarımızın Ortaq dil, Qrup ruhu, Faydalı iclas, Şirkət mədəniyyəti haradan başlayır? Şirkət mədəniyyəti nədir? Aid olmaq və Etimad duyğusu kimi bir sıra mövzularda müzakirələrin aparılması və Qafqaz ailəsinin günü-gündən inkişafını təmin etməsidir. Seminardan məmnun qalan personalımız, bu cür seminarların mütəmadi keçirilməsini xüsusilə vurğuladılar. Bu kimi senimarlarımız bundan sonrada davam edəcək.