Qafqaz Universitetində "Təhsilimizin ulduzları" adlı tədbir keçirilmişdir

Dekabrın 14-də Qafqaz Universitetində "Təhsilimizin ulduzları" adlı tədbir keçirilmişdir.
Müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, tələbələrin, şagirdlərin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin prorektoru Niftalı Qocayev ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini xatırlatmışdır.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri Ənvər Özərən müasir dünyada təhsilin mühüm rolundan danışmışdır.
Azərbaycan-Türkiyə özəl liseylərində, Qafqaz Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, qazanılan nailiyyətlər barədə məlumatlar verilmişdir.
Beynəlxalq olimpiadalarda uğur qazanan Qafqaz Universitetinin tələbələrinə və müvafiq liseylərin şagirdlərinə mükafatlar təqdim olunmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF