Tələbələrimizin növbəti uğurları

Tələbələrimizin növbəti uğurları

Bir əsrdən artıqdır fəaliyyət göstərən, 100 dən çox ölkədə nümayəndəliyi olan, xidmət sahəsinə görə dünyada ilk dördlükdə yer alan Deloitte Audit şirkəti İqtisadiyyat Fakultəsində təhsil alan tələbələrimizi imtahan etmişdir. Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə keçirilən imtahanda şirkətin məqsədi tələbələrimizin gələcək karyera qurmalarında yardımçı olmaq, növbəti mərhələyə keçən tələbələrə şirkətin hesabına treninqlər, seminarlar vermək  və məzun olduqdan sonra həmin tələbələri şirkətlərində işlə təmin etməsidir. Azərbaycan Universitetlərinin tələbələri arasında keçirilən bu imtahanlardan 20 tələbə növbəti mərhələyə keçməli idi. Həmin mərhələdən keçən tələbələr artıq  məlum olub. Belə ki, 20 tələbədən 10-u bizim tələbələrimizdir. Bununla bağlı bütün Qafqaz ailəsini təbrik edirik.


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF