Qafqaz Universitetində anım tədbiri keçirilibQafqaz Universitetində Heydər Əliyev ideyaları; Azərbaycanın dünəninin bu gününün və sabahının təminatı “ adlı anım tədbiri keçirilib. Anım mərasiminə universitetin müəllim-tələbə heyəti millət vəkili Məlahət Həsənova iştirak edib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anım bir dəqiqəlik sükutla başlayıb. Universitetin prorektoru Niftalı Qocayev Azərbaycan tarixinə nəzər salaraq, xüsusən 1988-91-ci illərdə baş verən hadisələrdə Heydər Əliyevin rolundan danışıb. O bildirib ki, bu günümüz üçün ümummilli liderə borcluyuq. 
Millət vəkili Məlahət Həsənova hələ sovet dövründə Azərbaycan dilinin, ədəbiyyatının, milli kimliyimizin, milli məfkurəmizin, təfəkkürümüzün formalaşmasında və qorunmasında ümummilli liderimizin əməyindən, müasir Azərbaycan dövlətini qurmasından, dünyada tanıtmasından danışıb. Geniş çıxış edən millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri bu həqiqətləri bilməlidir. Məlahət Həsənova Qafqaz Universitetində yüksək səviyyədə təhsillə yanaşı tariximizin öyrədilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Hazırda İlham Əliyevin bu siyasətinin uğurla davam etməsini də xüsusi vurğulayıb.
Qafqaz Universitetinin prorektoru professor Cihan Bulut çıxışında ümummilli liderimizi rəhmətlə anaraq qeyd edib ki, biz xoşbəxtik ki, belə bir dahinin övladlarıyıq. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF