"ARDNŞ mühəndis kadrların hazırlanmasına böyük önəm verir"
Rövnəq Abdullayev bu kadr siyasəti nəticəsində ölkədə peşəkar mütəxəssislərin hazırlanacağına inandığını deyib. "Dövlət Neft Şirkəti mühəndis kadrların hazırlanmasına böyük önəm verir". ANS PRESS-in məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, peşəkar kadrların hazırlanması ARDNŞ-nin xüsusi önəm verdiyi məsələlərdəndir: "İnanıram ki, bu kadr siyasəti nəticəsində ölkədə peşəkar mütəxəssislər hazırlanacaq". ARDNŞ-nin prezidenti bu sözləri Təhsil Nazirliyi və BP şirkəti ilə birgə keçirilən tədbirdə çıxışında deyib. Qeyd edək ki, tədbir çərçivəsində Qafqaz universitetində mühəndislik sahəsi üçün nəzərdə tutulmuş 11 laboratoriyanın açılışı olub. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordol Birrel, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib.
http://anspress.com/index.php?a=2&lng=az&nid=240965
http://anspress.com/index.php?a=2&lng=az&nid=240965