Qafqaz Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Qafqaz Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb gun.az

Gün.Az xəbər verir ki, memoranduma əsasən, birgə elmi fəaliyyətlər, tələbə-müəllim mübadiləsi nəzərdə tutulur.

Qafqaz Universitetinin rektoru Əhməd Saniç Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının Azərbaycan elminə və ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, iki universitet arasındakı əməkdaşlığın Azərbaycan təhsilinin inkişafında mühüm yeri olacağını vurğulayıb.
H.İsaxanlı çıxışında bildirib ki,  hazırda keyfiyyətli elmi və insani mühit olan universitetlərə böyük ehtiyac olduğu bir vaxtda Qafqaz universitetində bu mühit var və yaxşı inkişaf edir:
“Mən xarici ölkələrdən rəhbərlik etdiyim universitetə gələn qonaqlara Xəzərlə Qafqaz universitetlərinin adını qoşa çəkirəm”.
Memorandum imzalandıqdan sonra Qafqaz Universitetinin 2013/2014-cü tədris ilində təşkil etdiyi seminarlar silsiləsinin növbəti məşğələsində H.İsaxanlının “Milli kimlik: tarix və bu gün” mövzusunda məruzəsi dinlənilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF