Rövnəq Abdullayev Qafqaz Universitetində olub



Rövnəq Abdullayev Qafqaz Universitetində olub

 Bu gün Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılışı olub
   Tədbirdə Azərycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov,  Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Təhsil Mərkəzi Təsil şurasının sədri dossent Ənvər Özərən , BP-nin  Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birell , millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslərin iştirak edib və lent kəsilib.
 
Qafqaz universitetinin rektoru professor Ahmed Saniç bildiribki bu laboratoriya “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. İkimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib. Layihənin ikinci mərhələsi isə dekabrın 9-da Mexanika mühəndisliyi ixtisasının Layihələndirmə və adekvat modelləmə, Təxribatsız sınaq üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və İstilik keçiriciliyi, Emal üsulları, Daxili yanma mühərrikləri və Avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası laboratoriyalarının açılışı ilə davam edib.
   
Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev  bildirib ki, bu gun cox fərəhli bir gündür.Ümummmilli liderimiz Heydər Əliyevin  əsasını qoyuğu neft kontraktları bu gün öz bəhrəsini verir.Möhtərərm prezidentimiz İlham Əliyevin  " Neft kapitalını insan kapitalına çevirək"  siyasəti uğurla davam edir.R. Abdullayev çıxışında bildirib ki, müxtəli böyük layihələrin həyata keçirilməsi üçün Azərbaycanda mütəxəsislərə ehtiyac var. Kadrların xarici ölkələrdə hazırlanması çox böyük vəsait tələb edir. Buna görə də Azərbaycan universitetləri ilə bir çox şirkətlər arasında əlaqlərin qurulması vacibdir.  Bu istiqamətdə müvafiq dövlət proqramlarının həyata keçirilməsi önəmlidir.
   

Beynəlxalq Təhsil Mərkəzi Təsil şurasının sədri dossent Ənvər Özərən Ümummilli liderimiz Heydər Əliyevin xeyr duası ilə fəaliyyətə başlayan Cağ Öyrətim şirkətinin möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqəti ilə inkişaf etdiyini vurğulayıb.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF