Ulu Öndərin xatirəsi yad edildi...
Dekabrın 11-də ümummilli lider Heydər Əliyevin vəfatının 10 illiyi ilə əlaqədar olaraq, başda Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) Təhsil Şurasının sədri Enver Özeren olmaqla bir qrup tədris müəssisə rəhbərləri Fəxri Xiyabana gələrək, ümummilli lider, şirkətin Fəxri Baş Müəllimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarını ziyarət etdilər. Fəxri Xiyabana gələnlər arasında Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Ümumtəhsil Müəssisələri baş idarəsinin rəisi Mesut Kurnaz, ABTM-nin tədris müəssisə rəhbərləri müəllimlər və şagirdlər də vardı. Ziyarətçilər ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında misilsiz xidmətlərindən, məhz ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq məfkurəsinin müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilməsindən danışıblar. Ulu Öndərin məzarı üstünə qərənfillər düzən ziyarətçilər daha sonra dünya şöhrətli oftomoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini anaraq məzarı üzərinə qərənfillər düzdülər.