Qafqaz Universiteti “Elektron məlumat sistemi”-nin inkişaf etdirir
Qafqaz Universiteti “Elektron məlumat sistemi”-nin inkişafı ilə bağlı AzərNet şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Qafqaz Universiteti “Elektron məlumat sistemi”-nin bazara təklif edilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Universitetinin rektoru Ahmet Saniç deyib ki, layihə həyata keriliməsinə Təhsil Nazirliyinin müvafiq əsasnamələri və Boloniya prosesinin tələbləri nəzərə alınıb. Müqavilə çərçivəsində Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirilərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla-ali təhsil müəssisələrinə işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin olunacaq. AzərNet-in direktoru Anar Novruzov isə deyib ki, ilkin mərhələdə Elektron Məlumat Sistemi analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq. Təkmilləşdirilən Sistem Qafqaz Universitetində əvəzsiz tədbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Müqavilənin hədəf qrupu ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələridir. Sonda Qafqaz universiteti və şirkət arasında əməkdaşlıq müqaviləsi imzalanıb.