“Azərikimya” İB-də informasiya-kommunikasiya texnologiyalarının sənayedə tətbiqinə dair seminar keçirilmişdir
Sumqayıt,
19 dekabr (AzərTAc). “Azərikimya” İB-nin akt zalında İKT ili
çərçivəsində “İnformasiya-kommunikasiya texnologiyaları sənayedə”
mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) İnformasiya Texnologiyaları və Rabitə
İdarəsinin, Qafqaz Universitetinin və Sumqayıt Dövlət Universitetinin,
həmçinin birliyin müvafiq şöbələrinin nümayəndələri iştirak etmişlər.
“Azərikimya” İB-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, seminarda ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin BRP sistemləri departamentinin rəis müavini Sevda Cavadovanın dünyanın 120 ölkəsindən 127 min şirkətin qoşulduğu SAP sistemi və onun şirkətin struktur bölmələrində tətbiqi mövzusunda məruzəsi dinlənilmişdir.
İB-nin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin rəisi Qiyas Məmmədov etilen-polietilen zavodunun 1989-cu ildən bəri istismar olunan “Polimir-120” qurğusunda son dövrdə aparılmış modernləşmə işləri haqqında iştirakçılara geniş məlumat vermişdir.
Seminarda, həmçinin Qafqaz Universitetinin İKT üzrə Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyyam Məsiyevin təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, həmçinin həyata keçirilən və perspektiv layihələrlə bağlı məruzəsi dinlənilmiş, mərkəzin üzvləri tərəfindən quraşdırılmış müxtəlif təyinatlı robotlar nümayiş olunmuşdur.
Sonda məruzəçilər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır