Elektron universitet sistemi Boloniya prosesinin tələbidir

Elektron universitet sistemi Boloniya prosesinin tələbidir XALQ qəzetiBu günlərdə Qafqaz Universiteti daha bir yeniliyə imza atıb. Universitet Elektron Məlumat Sisteminin bazara təklif edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb. Məlumat üçün bildirək ki, on ilə  yaxındırkı Qafqaz universitetində elektron universitet sistemi tətbiq olunur. Protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir. Bu Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz edilərək yeni tədbirlər planı hazırlanacaqdır. Təkmilləşdirilən Sistem Qafqaz Universitetində tədbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaqdır. Avropa universitetlərinində tətbiqinə ehtiyacı duyulduğu bu sistem ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrinə təklif olunacaqdır. Qafqaz universitetinin rektoru professor Ahmet Saniç sistemin boloniya prosesinə uyğun olduğundan  tələbələrin sərbəst dərs seçməsi, imtahan sistemini avtomatikləşdirilməsi , elektron kitabxana sistemini özündə  əks etdirdiyini bildirərək qafqaz universitetinin bu sahədədə ilkə imza atdığını vurğulayıb. Bundan başqa, Azərbaycanda ilk dəfə Qafqaz universitetində fəaliyyət göstərən Texno parkın fəaliyyətindədə bu sistemin mühüm rolu vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF