AVRORA GROUP dan tələbələrimizə gözəl bir təklif.

AVRORA GROUP dan tələbələrimizə gözəl bir təklif.

 Karyera Planlama Mərkəzi Azərbaycanın 9 regionunda fəaliyyət göstərən , 2000 işçisi olan və istehsal etdiyi məhsulu təkcə respublikamıza deyil, MDB ölkələrinə də məhsul ixrac edən Avrora Group şirkətinin Təlim- tərbiyə Şöbəsinin Müdiri  Oğuz bəyi qəbul etdi.  Görüşün əsas mahiyyəti şirkətlə universitet arasında mövcud əlaqələri daha da artırmaq və bunun davamlı olmasını təmin etmək idi. Bununla yanaşı Şirkət nümayəndəsi  İqtisadiyyat Fakultəsində təhsil alan 5 tələbəni  şirkətdə təcrübə keçərək,  şirkətin hesabına xüsusi təlimlər verərək, Part Time işlə təmin edərək yetişdirib məzun olduqdan sonra şirkətdə işlə təmin etmək fikirlərinin olduğunu qeyd etdi və İqtisadiyyat Fakultəsinin Dekanı  Mayis bəy bu mövzuda Oğuz bəyə  dəyərli məsləhətlərini verdi. Görüş sonrası universitetimizin adından göstərdikləri etimada görə şirkət nümayəndəsinə minnətdarlıq edilərək , hər  zaman Univerisitetimizin  Avrora şirkəti ilə əlaqələrin daha da möhkəmlənməsindən məmnun olduğu vurğulanılıb.

Nicat Yusifov

Instagram