Qafqaz Universiteti ilə İzmir Yüksək Texnoloji İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanmışdır
Türkiyədəki İzmir Yüksək Texnoloji İnstitutunun rektoru, professor Mustafa Güdenin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin elm, təhsil əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermiş, təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən də danışmışdır.
Görüşdən məmnun qaldığını qeyd edən professor Mustafa Güden Qafqaz Universitetinin uğurları barədə fikirlərini bildirmiş, əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmış, Azərbaycanda ilk dəfə bu ali məktəbdə yaradılmış texnoparkın inkişafına dəstək verməyə hazır olduqlarını söyləmişdir.
Sonra Qafqaz Universiteti ilə İzmir Yüksək Texnoloji İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Kompyuter mühəndisliyi ixtisası ilə yanaşı mexanika və kimya mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlayan Qafqaz Universiteti İzmir Yüksək Texnoloji İnstitutu ilə müvafiq sahələrdə əməkdaşlıq edəcəkdir.
Görüşdə qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.