Qafqaz Universitetində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Var xalqımın imzası imzalar içində” adlı tədbir keçirilmişdir

Qafqaz Universitetində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Var xalqımın imzası imzalar içində” adlı tədbir keçirilmişdir    azertac

Bakı, 26 dekabr (AzərTAc). Qafqaz Universitetində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Var xalqımın imzası imzalar içində” adlı tədbir keçirilmişdir. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. 
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Milli Məclis deputatlarının, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmış, Ulu Öndərin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulamışdır.
Milli Məclisin deputatları Tahir Rzayev, Azər Badamov və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs etmiş, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.
Natiqlər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulamışlar.
Sonra maraqlı bayram konserti nümayiş etdirilmişdir.


© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF