“Qafqaz”da Heydər Əliyev ideyalarından bəhs olunub

“Qafqaz”da Heydər Əliyev ideyalarından bəhs olunub


Qafqaz Universitetində “Heydər Əliyev ideyaları; Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı” adlı anım tədbiri keçirilib. Anım mərasiminə universitetin müəllim-tələbə heyəti və millət vəkili Məlahət Həsənova iştirak edib. Mərasm ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birdəqiqəlik sukutla başlayıb. Universitetin prorektoru Niftalı Qocayev Azərbaycan tarixinə nəzər salaraq, xüsusən 1988-91-ci illərdə baş verən hadisələrdə Heydər Əliyevin rolundan danışıb.
O bildirib ki, bu günümüz üçün ümummilli liderimizə borcluyuq. Millət vəkili Məlahət Həsənova hələ sovet dövründə Azərbaycan dilinin, ədəbiyyatının, milli kimliyimizin, milli məfkurəmizin, təfəkkürümüzün formalaşmasında və qorunmasında ümummilli liderimizin əməyindən, müasir Azərbaycan dövlətini qurmasından, dünyada tanıtmasından danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri bu həqiqətləri bilməlidir. Məlahət Həsənova Qafqaz Universitetində yüksək səviyyədə təhsillə yanaşı, tariximizin öyrədilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Hal-hazırda İlham Əliyevin bu siyasətin uğurla davam etməsini də xüsusi vurğulayıb. Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut  çıxışında ümummilli liderimizi rəhmətlə anaraq qeyd edib ki, biz xoşbəxtik ki, belə bir dahinin övladlarıyıq.

Nicat Yusifov

Instagram