Şirkət nümayəndələri tələbələrimizə " Bədən Dili " mövzusunda seminar verib.

Şirkət nümayəndələri tələbələrimizə  " Bədən Dili "  mövzusunda seminar verib.

17000 satış müəssisəsini özündə birləşdirən Koroğlu MMC –in şöbə müdiri Alruz bəy və Azərbaycanın 9 regionunda fəaliyyət göstərən, 2000 işçisi olan və istehsal etdiyi məhsulu təkcə respublikamıza deyil, MDB ölkələrinə də məhsul ixrac edən Avrora Group-un Şöbə Müdiri Oğuz bəy bu gün universitetimizin qonağı olub. Karyera Planlama Mərkəzi tərəfindən keçirilən görüşdə Koroğlu MMC nin şöbə müdiri Alruz Sultan  İngilis dili və ədəbiyyatı -3, Tərcümə - 3 də təhsil alan tələbələrimizə “ Bədən Dili” mövzusunda seminar verdi.  Görüşün sonunda fəal olan tələbə şirkət nümayəndəsi tərəfindən hədiyyə ilə mükafatlandırıldı. Şirkət nümayəndələrinə və aşağıda adları qeyd olunan tələbələrə  dəvətimizi qəbul edib seminara qatıldıqlarına görə İş Dünyası Prorektorluğu adından təşəkkür edir və gələcək işlərində uğurlar arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF