Mərkəzi Bank maliyyə biliklərinin artırılmasına dair treninq keçirib
Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ilə birlikdə tələbələrin bank və maliyyə biliklərinin artırılmasına dair növbəti treninq proqramını həyata keçirib.
AZADİNFORM xəbər verir ki, “Bankçılığın əsasları və Mərkəzi Bankın bank sistemində rolu” mövzusunda olan treninq Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində keçirilib. Məqsəd maliyyə-iqtisad sahəsində təhsil alan ali məktəb tələbələrinin bank və maliyyə sahəsi üzrə biliklərinin artırılması olub. Treninqdə Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin müsabiqə yolu ilə seçilmiş 25 tələbəsi iştirak edib.
Mərkəzi Bank mütəxəssislərinin təlimçiliyi ilə keçirilən 4 günlük treninqdə tələbələrə pul və məzənnə siyasətinin dizaynı, mərkəzi bankçılıq, bank tənzimlənməsi və s. məsələlər haqqında ətraflı məlumatlar verilib.