Qafqaz Universitetində “Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı” mövzusunda tədbir keçirilmişdir

Qafqaz Universitetində “Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı” mövzusunda tədbir keçirilmişdir

Bakı, 11 dekabr (AzərTAc). Qafqaz Universitetində “Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı” mövzusunda tədbir keçirilmişdir. 

Əvvəlcə dahi rəhbər Heydər Əliyevin əziz xatirəsi yad olunmuşdur. 

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə bu ali məktəbin prorektoru Niftalı Qocayev müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmışdır.
Azərbaycanın çox sürətlə inkişaf etdiyini qeyd edən professor N.Qocayev ölkəmizdə qazanılan uğurların Heydər Əliyev siyasətinin nəticəsi olduğunu xatırlatmışdır. 
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın dünyada tanınmasında, beynəlxalq nüfuzunun yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğulamışdır. 
Müdrik şəxsiyyət Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinin, ideyalarının əhəmiyyətindən bəhs edən deputat Ulu Öndərin siyasi irsinin daha da dərindən öyrənilməsinin zəruriliyini bildirmişdir. 
M.İbrahimqızı dahi rəhbər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamış, xalqımızın nurlu sabahına, xoşbəxt gələcəyinə inamını ifadə etmişdir. 
Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolunu vurğulamışlar.
 
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF