Qənirə Paşayeva: “Bu bir xeyriyyə marafonu olacaq”

Qənirə Paşayeva: “Bu bir xeyriyyə marafonu olacaq” – FOTOLAR

Millət vəkili Autizm sindromlu uşaqlara dəstək kompaniyası keçirdi

Millət vəkili Qənirə Paşayeva, Birgə və Sağlam İB-nin sədri Aytən Eynalova və Türkiyənin tanınmış sənətçisi Atalay Demirci Akademik Milli Dram Teatrında xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək məqsədilə xeyriyyə tədbiri keçiriblər. 

Simsar.az xəbər verir ki, tədbirdə çıxış edən Qənirə Paşayeva bildirib ki, “Autizmlə bağlı həm QHT-lər, həm KİV-lər cəmiyyəti maarifləndirməli, fəal işlər görməlidirlər. İnsanların özləri də bu mövzuda maariflənməyə meyilli olmalıdır. Uşaqlarda ilkin əlamətlərə diqqət olunmalıdır. Onlar autizmin əlamətlərini gördükdə nələr etməli olduqlarını, hara müraciət olunmalı olduğunu bilməlidir. Bu istiqamətdə Birgə və Sağlam İB-nin böyük işləri var. Biz də onlara dəstək olmaq üçün bu tədbiri keçiririk. Bu bir xeyriyyə marafonu olacaq”.

Millət vəkili tədbirdə iştirak edəcək türkiyəli sənətçini də iştirakçılara tanıdıb: “Təmənnasız olaraq “stand-up” ustası, sənətçi Atalay Dəmirçi şou verəcək. Tədbirin bütün gəliri Birgə və Sağlam İB-yə veriləcək. Bundan başqa Autizm xəstəsi ailələrə maddi dəstək olacaq, və digər xeyriyyə proqramları tətbiq olunacaq”.

Çıxışının sonunda Qənirə Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Türkiyə tanıtım kültür müşavirliyinə, Avrasiya Beynəlxalq Araşdırma Mərkəzinə, Qafqaz Universiteti və digər dəstək olan qurum və təşkilatlara təşəkkürünü bildirib.


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF