Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılışı olub

Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin laboratoriya kompleksinin açılışı olub Azadinform

AZADİNFORM  xəbər verir ki, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Təhsil nazirinin müavini Ceyhun Bayramov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birell, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən Qafqaz Universitetinin rektoru Əhməd Sanıç bildirib ki, bu laboratoriya “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. Qeyd olunub ki, 2011-ci ildə layihənin birinci mərhələsi olan Kimya mühəndisliyi laboratoriyaları istifadəyə verilib, layihənin ikinci mərhələsi isə Layihələndirmə və adekvat modelləmə, Təxribatsız sınaq üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və İstilik keçiriciliyi, Emal üsulları, Daxili yanma mühərrikləri və Avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası laboratoriyalarının açılışı ilə davam etdirilir. Xüsusi olaraq vurğulanıb ki, ikimərtəbəli bina FAB boyalarının, laboratoriyaların avadanlıqları isə “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, biz dünya səviyyəli yerli mütəxəssislərin və yerli işçi qüvvəsinin yetişdirilməsi istiqamətində ARDNŞ-nin və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq etmişik. 
ARDNŞ prezidenti Rövnəq Abdullayev 2014-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş “Əsrin müqaviləsi” layihəsinin 20-ci ilinin tamam olduğunu bildirib və bu illər ərzində həm Azərbaycanın, həm də ARDNŞ-ın böyük uğurlar əldə etdiyini vurğulayıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF