"Ana dilimizi sevək, sevdirək” müsabiqəsində və Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmiş şagirdlərlə görüş keçirilib.
Bu günlərdə Mingəçevir Özəl Türk Liseyində məktəblilərin Ümumrespublika “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində və Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmiş şagirdlərlə görüş keçirilib. Görüş zamanı şagirdlər iştirak etdikləri belə möhtəşəm və əhəmiyyətli tədbirlər haqqında geniş söhbət açıblar və öz xatirələrini bölüşüblər. Görüşdə iştirak edən şagirdlərin valideynləri Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tədris müəssisələrində, eləcə də Mingəçevir Özəl Türk liseyində məktəblilər üçün hazırlanmış şəraitə görə minnətdarlıqlarını bildiriblər və onlara təhsildə yeni-yeni nailiyyətlər diləyiblər. Liseyin müdiri Mustafa Söylemez bu görüşdən məmnun olduğunu bildirib və şagirdlərə gələcək təhsillərində uğurlar diləyib.