Qafqaz universitetində bayram tədbiri keçirilib


Qafqaz universitetində bayram tədbiri keçirilib-Foto
Qafqaz universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2014-cü il münasibətilə "Var xalqımın imzası imzalar içində " adlı tədbir keçirilib.
Bu barədə Tia.az-a universiteti metbuat və informasiya şöbəsinin müdiri Ceyhun Vəliyev məlumat verib. Tədbirdə Millət vəkilləri Tahir Rzayev, Azər Badamov, Musiqi Akademiyasının dossenti Mübariz Əliyev və universitetin müəllim - tələbə heyyəti iştirak edib.Dövlət himnimizin səslənməsindən sonra tədbiri açıq elan edən Qafqaz universitetinin rektoru prof. dr. Ahmet Saniç Ümummili lider Heydər Əliyevin xalqı üçün gördüyü işlərdən, hələ sovetlər birliyi dövründə ittifaqın öndə gedən universitetlərində Azərbaycanlı gəncləri oxutdurmasından, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporasının fəaliyyətindən geniş danışıb.O zalda əyləşənlərə tövsiyə edibki xaricdə yaşayan qohum-əqrabanızı dostlarınızı bayram münasibətilə telefon və internetdən istifadə edərək təbrik edin.Çünki bu təbrik onlar üçün stimul olur.
Millət vəkilləri Tahir Rzayev, Azər Badamov çıxış edərək xalqımızın həmrəyliyi sahəsində Ümum milli lider Heydər Əliyevin və Möhtərəm prezidentimiz İlham Əliyevin gördüyü işlərdən, xalqımızın imzasının imzalar içindəki yerindən və dəyərindən danışıblar.Millət Vəkilləri Qafqaz universitetinin kollektivinə belə bir tədbir keçirdikləri üçün minnətdarlıqlarını bildiriblər.
Bayram əhval -ruhiyyəsində keçən tədbirin bədii hissəsində Azərbaycan Musiqi akademiyasının dossenti Mübariz Əliyevin rəhbərliyi ilə Qafqaz universitetinin tələbələrinin ifasında saz havaları, Sevda Yəhyayevanin və qafqaz universitetinin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, universitetin tələbələri tərəfindən milli rəqslər ifa olunub.
Bayram tədbiri umummilli liderimiz Heydər Əliyevin "Mən həmişə fəxr etmişəmki bu gündə fəxr edirəmki mən Azərbaycanlıyam" kəlamı ilə sona çatıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF