Qafqaz Universiteti “Azərnet” şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb...
Gün.Az xəbər verir ki, protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir.
Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq.
Təkmilləşdirilən Sistem Qafqaz Universitetində əvəzsiz tətbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Avropa universitetlərinin də tətbiqinə ehtiyacı olduğu bu sistem ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə təklif olunacaq.
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç sistemin Bolonya prosesinə uyğun olduğundan tələbələrin sərbəst dərs seçməsi, imtahan sisteminin avtomatikləşdirilməsi, elektron kitabxana sistemini özündə əks etdirdiyini bildirərək Qafqaz Universitetinin bu sahədə də ilkə imza atdığını qeyd edib.
Universitetin dosenti Abuzetdin Adamov interaktiv lövhədə sistemin işləmə prosesi və istifadə qaydaları ilə tədbir iştirakçılarını tanış edib.
http://gun.az/latest/91283