Qafqaz Universiteti İzmir Ali Texniki İnstitutu ilə əməkdaşlıq edəcək

Son illərdə kompüter mühəndisliyi ixtisasları ilə yanaşı, mexanika və kimya mühəndisliyi ixtisası üzrə də kadr hazırlayan Qafqaz Universiteti İzmir Ali Texniki İnstitutu ilə bu sahədə əməkdaşlıq edəcək.
Gün.Az xəbər verir ki, həmin institutun rektoru Mustafa Güdən, prorektor Sedat Akkurt və həmyerlimiz, 12 il orada elmi fəaliyyət göstərmiş Rasim Əlizadə Qafqaz Universitetində olub.

Nümayəndə heyətini qarşılayan rektor Ahmet Saniç  Qafqaz Universitetinin elmi potensialından, gələcək planlarından iki qardaş ölkə arasında əlaqələrin inkişafında elmi əməkdaşlığın rolundan və universitetlər arasında mühəndislik sahəsində imzalanan əməkdaşlıq protokolunun rəhbərlik etdiyi universitetin inkişafındakı rolundan danışıb.

M.Güdən Qafqaz Universitetinin bu coğrafiyada az müddətdə mühüm elmi nailiyyət  qazandığını, xüsusən ingilis dilində tədrisin böyük uğur olduğunu diqqətə çatdırıb. O  Azərbaycanda ilk dəfə Qafqaz Universitetində yaradılmış texnoparkın inkişafına lazımi dəstək verməyə hazır olduqlarını, bakalavr məzunlarını magistr və doktoranturaya qəbul edə biləcəklərini də qeyd edib.

Azərbaycana ilk dəfə gəldiyini deyən S.Akkurt buradakı inkişafı həmişə eşitdiyini, lakin indi  ölkədə gedən inkişafı və Xəzər dənizini canlı gördüyünü deyib:

“İnanıram ki, universitetlərimizin əməkdaşlığı bu inkişafa dəstək olacaq”.

Tədbirin sonunda M.Güdənə Qafqaz Universitetinin tələbələrinin çəkdikləri “Qız qalası” rəsmi hədiyyə  edilib.

Fidan Əliyeva
http://www.gun.az/social/91158

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF